Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhvalınız pis olduqda bunu oxuyun

Əhvalınız pis olduqda bunu oxuyun

Tarix: 27 Oktyabr 2023 04:14

Yer üzündə ən azı iki nəfər insan var ki, onlara görə,bəlkə də öz canını fəda edərsən.

Ən azı 13 nəfər insan səni öz bacarıqlarına uyğun sevir.

Sənə nifrət etmək üçün yeganə səbəb, çox güman ki, onun - yəni sənə nifrət edən kəsin sənə oxşaya bilməməsidir.

Sənin bircə təbəssümün - hətta səndən xoşu gəlməyən insanı belə, xoşbəxt edə bilər.

Hər gecə yatmamışdan qabaq kimsə sənin barədə düşünür.

Kimin üçünsə sən bir dünyasan.

Hətta həyatında ən böyük səhvi etdiyin zaman bununla yanaşı nə isə bir xeyir gəlir.

Həyatın səndən üz çevirdiyini düşündüyün vaxt ona başqa rakursdan baxmağa çalış.

Hər zaman yadında saxla, həyat sənə növbəti dəfə şans verdikdə, səndə hər şey alınacaq!

Həyat yuxudan məyus halda oyanmaq üçün çox qısadır.

Odur ki, sənə düzgün davranış göstərən insanları sev, bunu etməyən kəsləri unut və hər şeyin səbəb və hikmət üzündən baş verdiyinə inan.

Əgər əlinə fürsət düşübsə - onu qoru! Əgər bu fürsət sənin həyatını dəyişə bilərsə, onun baş verməsinə icazə ver.

Bunun yüngül olacağını heç kəs deməyib. Onlar sadəcə söz veriblər ki, bu ona dəyər..


Etiketlər:  Əhvalınız olduqda bunu oxuyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ