Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allahdan qorx, səbirli ol və tələsmə!

Allahdan qorx, səbirli ol və tələsmə!

Tarix: 27 Oktyabr 2023 06:58

Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra oğlunu və azad etdiyi köləsini qoyub getdi. Ölərkən azad etdiyi köləsinə oğluna baxmasını vəsiyyət etdi. Uşaq həddi-buluğa çatanadək kölə əlindən gələni əsirgəmədi - ona yaxşı baxdı, sonra da onu (öz qızı və ya bacısı ilə) evləndirdi. Bir müddətdən sonra o gənc həmin adama: "Mənim üçün hazırlıq gör, elm dalınca gedəcəyəm!"- dedi. O da onun üçün hazırlıq gördü. Nəhayət o, alimin yanına gəlib ondan elm öyrənmək istədikdə, alim de­di: "Nə vaxt evinə qayıtmaq istəsən, mənə de, sənə gözəl nəsihət edəcəyəm." Bir müddətdən sonra o, alimin yanına gəlib de­di: "Mən evə getmək istəyirəm, mənə nəsihət et!" Alim dedi: "Allahdan qorx, səbirli ol və tələsmə!"
Həsən əl-Bəsri dedi: "Elə bütün xeyir bunlardadır".  
Nəhayət, o çıxıb getdi. O, bu nəsihətləri hələ unutmamışdı. Bunlar cəmi üç nəsihət idi. O gəlib yur­duna çatdıqda miniyindən yerə endi. Evinə gəldikdə orada zövcəsindən ayrı yatmış bir adam gördü. Zövcəsi də yat­mışdı. O, öz-özünə dedi: "Vallahi, mən bilmirəm bunu nə üçün gözləyirəm, nə istəyirəm?" Sonra miniyinin yanına qayıdıb qılıncı götürmək istədikdə öz-özünə dedi: "Allahdan qorx, səbirli ol və tələsmə!"
O, geri qayı­dıb həmin adamın başının üstə dayanıb öz-özünə: "Mən bunu gözlə­yən deyiləm"- dedi və yenidən miniyinin yanına döndü. Qılıncını gö­türmək istədikdə nəsihətləri xatırlayıb geri qayıtdı. Gəlib onun başı­nıın üstə dayandıqda, o adam yuxudan oyan­dı. Oyanan kimi başının üstə duran adamı gördü və onun üstünə atılıb onu qucaqlayıb öpdü və soruşdu: "Məndən ayrıldıqdan sonra nəyə nail oldun?"
O dedi: "Vallahi, sən­dən sonra çoxlu xeyir əldə etdim. Mən bu gecə sənin başınla qılıncım arasında üç dəfə gedib gəldim və səni öldürmək istədim. Lakin öy­rəndiyim elm səni öldürməyə mənə mane oldu". (əl-Buxari, Ədəbul-Mufrad, 583).
Bu gənc zövcəsinin yanında olan adamın onun köləsi, həm də zövcəsinin məhrəmi olduğunu görəndə qəzəbi soyuyur və qəlbindəki şübhələr aradan qalxır. Bu ibrətamiz hekayə dini elm öyrənməyin nə dərəcədə fəzilətli bir əməl olduğunu göstərir.  


Etiketlər:  Allahdan qorx səbirli tələsmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ