Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2023 08:14
Xəbər verildiyi kimi, Fransa hökuməti Ermənistana ciddi hərbi yarıdm göstərəcəyini bəyan edib. Rəsmi Parisin Ermənistana dəstəyinə təlimlər, eləcə də radarların və zenit-raketlərin satışı daxildir.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Fransanın "Le Monde" qəzeti bununla bağlı maraql məlumat yayıb. Qəzetin yazdığına görə, Fransanın Ermənistana hərbi dəstəyi Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükünü deyil, müqavilələri ehtiva edir.
"Oktyabrın 23-də Silahlı Qüvvələr naziri Sebastien Lekornü və onun erməni həmkarı Suren Papikyan yeni "strateji yaxınlıq" barədə açıqlama yaydılar. Fransalı nazir təkidlə göndərilən silahların ilk növbədə "müdafiə xarakteri" daşıdığını və bunların Fransanın Ukraynaya hərbi yardımında olduğu kimi hərbi tədarük deyil, sazişlə müəyyən edilmiş qaydada olan avadanlıqlar olduğunu vurğulayıb.
Fransanın yardımına, 250 kilometrə qədər məsafədə orta mənzilli hava təhdidlərinin (qırıcılar, helikopterlər, pilotsuz təyyarələr və s.) aşkar edilməsini təmin etmək üçün nəzərdə tutulmuş üç "GM200" radar sustemi də daxildir.
Bundan başqa, MBDA şirkətindən qeyri-müəyyən sayda "Mistral" raketlərinin alınması ilə bağlı niyyət məktubu da imzalanıb. Bunlar 6 kilometrə qədər məsafədə təhlükələrin qarşısını almaq üçün nəzərdə tutulmuş qısa mənzilli yer-hava raketləridir.
Lekornü Ukrayna əsgərlərini öyrədən Polşadan nümunə götürərək, erməni hərbçilərinə təlim keçmək üçün ilin sonu ilə 2024-cü ilin əvvəli arasında Ermənistana açıqlanmayan sayda fransız əsgəri göndəriləcəyini də açıqlayıb.
"Azərbaycanla yanaşı, Rusiya da bu hərbi əməkdaşlığı təhlükə kimi qəbul edə bilər. Ermənistanın tarixi müttəfiqi olan Moskva regionda öz təsirini saxlamaqda qərarlıdır",-deyə qəzetin yazısında qeyd olunub.
İrəvanın qiyməti bir neçə yüz milyon avroya çata biləcək bu texnikanı necə ala biləcəyi isə tam müəmmadır.
"Hələ bu il oktyabrın 3-də Fransa xarici işlər naziri Ketrin Kolonna Ermənistana Ukrayna və ya Moldovaya hərbi dəstəyi təşkil etmək üçün istifadə edilən Avropa Sülh Mexanizmindən (EFF) yararlanmağı təklif edib. Bununla belə, Ermənistanın potensial benefisiar ölkələr siyahısına daxil edilməsi çətindir, çünki bu məsələdə 27 ölkə arasında fikir ayrılığı var",-deyə yazıda bildirilir.