Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malayziyanın yeni kralı seçildi

Malayziyanın yeni kralı seçildi

Tarix: 27 Oktyabr 2023 12:32

Sultan İbrahim Malayziyanın ali monarxı seçilib. O, 2024-cü il yanvarın 31-də vəzifəsinin icrasına başlayacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni kralın seçilmə prosesi monarxın Kuala-Lumpurda yerləşən İstana-Neqara iqamətgahına baş tutub. Malayziyanın hazırkı ali rəhbəri Abdullah Riayyatuddin Əl-Mustafa Billah səlahiyyətlərini 2024-cü il yanvarın sonlarında yekunlaşdırmağı planlaşdırır. O, 2019-cu il yanvarın 31-dən hakimiyyətdədir.

Malayziyanın dövlət başçısı, əsasən təmsilçilik funksiyasını yerinə yetirir. Konstitusiyaya görə, hökumətin istənilən qərarı onun razılığı ilə qəbul edilməli olsa da, əslində monarx hökumətin və parlamentin tövsiyəsi əsasında qərarlar verir.

Qeyd edək ki, Malayziyada vəliəhd soltanların unikal rotasiya sistemi mövcuddur. O, doqquz ştatın vəliəhd hökmdarları arasından ardıcıl olaraq ikinci müddətə seçilmək imkanı olmadan beş il müddətinə seçilir. Namizəd krallıq postunun təsis olunduğu 1957-ci ildə tərtib edilən siyahı ilə müəyyənləşir.


Etiketlər:  Malayziyanın yeni kralı seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ