Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əl-Cəzirə" hiddət içindədir: Qəzzada ərəb jurnalistinin ailəsi həlak olub

Tarix: 27 Oktyabr 2023 23:38

"Biz İsrail hərbçilərinin bu insanları cəzalandırmadan onların təxliyə edilməsinə imkan verəcəyinə şübhə edirdik, təəssüf ki, məhz bu, baş verib..."

Qəzza bölgəsində İsrailin qaçqınlar düşərgəsinə endirdiyi zərbəsi nəticəsində "Əl-Cəzirə" telekanalının reportyoru Vael əl-Dahduxun həyat yoldaşı, qızı, oğlu və nəvəsi həlak olub.

Mİlli.Az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalının redaksiyası məlumat verib. Məlumatı "zn.ua" nəşri yayıb.

Ərəb jurnalistinin doğmaları İsrailin bölgə sakinlərinə çağırışından sonra anklavın mərkəzində yerləşən Nuseyrat məntəqəsindən Qəzzanın cənubuna təxliyə edilib.

"Biz İsrail hərbçilərinin bu insanlara cəzalandırmadan təxliyə edilməsinə imkan verəcəyinə şübhə edirdik. Təəssüf ki, mənz bu, baş verib. Bu, işğalçı ordunun dediyi həmin "təhlükəsiz" zonadır", - əl-Dahdux deyib.

"Əl-Cəzirə"nin saytında dərc edilən bəyanatda deyilir ki, telekanal "Qəzza bölgəsində jurnalistlərin taleyindən narahatdır və onların təhlükəsizliyini İsrail hakimiyyətinin üzərinə qoyub".

Telekanal həmçinin "Qəzza bölgəsində günahsız mülki şəxslərin qətlini" qətiyyətlə pisləyib.

"Biz beynəlxalq birliyi müdaxilə etməyə və mülki əhaliyə yönələn bu hücumlara son qoymağa, bununla da günahsız insanların həyatını xilas etməyə çağırırıq", - məlumatda deyilir.

Qəzza rəhbərliyi bəyan edib ki, düşərgəyə hücum oktyabrın 24-də baş verib, o zaman 25 nəfər, o cümlədən "Əl-Cəzirə"nin reportyorunun ailəsi həlak olub.

Amerikanın CNN telekanalı məlumat verib ki, İsrail Müdafiə Ordusu jurnalistin ailəsinin həlak olduğu rayonda HƏMAS-ın obyektlərinə aviasiya zərbəsinin endirilməsini təsdiq edib.

"Jurnalistlərin Müdafiə Komitəsi"nin məlumatına görə, HƏMAS-ın İsrail ilə müharibəsi başlanandan ən azı 24 jurnalist həlak olub. Onlardan 20 nəfər fələstinli, üç nəfər israilli və bir nəfər livanlı reportyordur.

Milli.Az


Etiketlər:  Əl Cəzirə hiddət içindədir Qəzzada ərəb jurnalistinin ailəsi həlak olub


RƏYLƏR