Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailənin dindar olması üçün nə etməli?

Ailənin dindar olması üçün nə etməli?

Tarix: 28 Oktyabr 2023 02:28

Ailə dini məsələyə qarşı hər nə qədər həssas olarsa, övladın dinə münasibətdə sabitqədəmliyi çox olar. Dini dəyərlər ailə vasitəsilə övlada ötürülər.

Bütün İlahi dinlərdə ailə bəşərin ən müqəddəs ocağı hesab olunur ki, orada insanlar bir-birinin yanında kamala çatarlar. Dini tərbiyədə ən mühüm amil - ailədir.

Ailədə uşaqların dini dünyagörüşü formalaşar. Həzrət Peyğəmbər (s) buyurur: "Bütün övladlar pak İlahi fitrətlə doğular, ailə tərbiyəsidir ki, övladı yəhudi və ya xaçpərəst edər".

Ailə dini məsələyə qarşı hər nə qədər həssas olarsa, övladın dinə münasibətdə sabitqədəmliyi çox olar. Dini dəyərlər ailə vasitəsilə övlada ötürülər.

Əgər ailədə ana ataya qarşı lazımlı ehtiramı göstərməzsə, adətən övladlar da ataya hörmət etməzlər. Lakin əgər ana uşaqların gözü önündə ataya hörmət edirsə, bu uşaq özündən asılı olmayaraq ataya hörmət edər.

Əgər ata uşaqların gözü önündə rahat şəkildə ananın ürəyini sındıra bilirsə, uşaqlar da rahat şəkildə anaya əziyyət verə bilərlər. Lakin əgər ata anaya məhəbbət göstərərsə, uşaqlar da ananı incitməyə qıymazlar.

Əgər tərbiyə sütunlarını xarab etsək, bir insanın dindarlığı da düzgün olmaz. Əgər bir insan ailəsindən fərqli olaraq yaxşı insan olmaq istəsə, mümkündür ki, çox da yaxşı ola bilməyəcəkdir.

Ata özünə həyat yoldaşı seçən gündən övladının dini tərbiyəsinə başlamış olar. Çünki ata və ana - uşaq tərbiyəsinin ilk amilləridir.

Valideyn həyat yoldaşı seçən gündən övladının dini şəxsiyyətini müəyyən edər. Əgər halal və haram olanlara riayət edirsə, saleh övladlar yetişdirə bilər.

Tərbiyəyə təsir edən amillərdən biri də irsi bağlardır. İslam dini də o qadınlarla evlənməyi məsləhət görür ki, fəzilətli nəslə aid olsun.

Həzrət Peyğəmbər (s) buyurur: "Xəzraul-dəməndən çəkinin".

Soruşurlar ki, bu kimlərdir? Buyurur: "Pis və çirkin nəsildə böyüyən gözəl qadındır".

Həyat yoldaşını seçən zaman bu qədər məsələlərə diqqət etmək ona görə tövsiyə olunur ki, gələcək nəsil pak və saleh olsun. Yəni, valideyn atdığı ilk addımda övladının dini şəxsiyyətini müəyyən edər. Ailə saleh və dindar olarsa, övlad da olar.

Valideyn hələ kiçik yaşlardan övladının dini tərbiyəsinə diqqət etməli və İlahi vacibatları yerinə yetirməsi üçün onu hidayət etməlidir. Bu cür uşaq heç bir siyasi və mədəni hücuma məruz qalmaz və hətta cəmiyyətdə aparıcı rolları belə ifa edə bilər. Başqalarını da hücumlardan qoruyar.

"Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhədin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız". ("Ali-İmran" 200).

Bizim dinimiz də ailədə başlamışdır. Belə ki, biz bir ailəni tanıyırıq ki, dünyanı öz təsiri altına salmışdır. Nə zaman onlara salam vermək istəsək, deyirik ki: "Əssəlamu əleykum, ya Əhləl-beyti (ə) nübuvvət".

Bu ailə dinin proqramına ailəvi əməl edirdi. Yəni bu ailə gəldi və ailəlikcə din yolunda fədakarlıq etdi. Ata, ana, kürəkən, oğul, qız - hamısı din yolunda özlərini fəda etdilər. Ona görə də dinimiz ailədən başlayıb, ailəcəsinə hizf olunmuşdur. Bu ailə İmam Əlinin (ə) ailəsi idi.


Etiketlər:  Ailənin dindar olması üçün etməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ