Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Normal bədən temperaturu AÇIQLANDI

Normal bədən temperaturu AÇIQLANDI

Tarix: 28 Oktyabr 2023 04:48

Bədən istiliyinin vahid standartı yoxdur, çünki hər bir insan üçün bədən istiliyi fərdi olur.

Milli.Az lent.az-a istinadən bildirir ki, Stenford Tibb Mərkəzinin alimləri fərdi temperatur normasını müəyyən etmək üçün tədqiqatçılar xüsusi kalkulyator hazırlayıblar.

Tədqiqat zamanı elm adamları 2008-2017-ci illər arasında Stanford Tibb Mərkəzində yetkin xəstələrdə 600 mindən çox ağız temperaturu göstəricilərini araşdırıblar. Bədən istiliyinə təsir edən dərmanlar qəbul edən xəstələr nəzərə alınmayıb.

Tədqiqat nəticəsində məlum olub ki, bədən istiliyi yaşa, cinsə, boydan, çəkidən və günün vaxtından asılı olaraq dəyişə bilər. Məsələn, kişilərin hərarəti qadınlardan daha aşağı olur. Yaşla temperatur norması adətən azalır. Günün vaxtı da vacib amildir - xüsusən də səhər saatlarında temperatur aşağı, axşam isə daha yüksək ola bilər.

Hazırlanmış kalkulyatordan istifadə edərək insanlar hər kəs üçün ənənəvi 36,8-37,3 dərəcə Selsi standartından uzaqlaşaraq, fərdi normal temperaturunu hesablaya bilirlər.

Milli.Az


Etiketlər:  Normal bədən temperaturu AÇIQLANDI


RƏYLƏR