Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda ''həyəcan'': Azərbaycan Ordusu hərəkətə keçir...

İrəvanda ''həyəcan'': Azərbaycan Ordusu hərəkətə keçir...

Tarix: 28 Oktyabr 2023 08:06

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlərlə bağlı Ermənistanda növbəti "həyəcanverici şousu" başlayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu dəfə rusiyalı ekspert və iranşünas kimi təqdim edilən erməni əsilli Karine Gevorkyana istinad edilib.

O bildirib ki, bütün Cənubi Qafqaz regionunda hərbi texnika və canlı qüvvənin cəmləşməsi müşahidə edilir - xüsusilə Ermənistan ətrafında:

"Mənim üçün bu, birmənalı olaraq hərbi fəaliyyətin qaçılmazlığına dəlalət edir. O, vaxtaşırı olaraq dayanacaq, müxtəlif intensivlikdə olacaq. Bütün bunların təşəbbüskarları - Türkiyə və Azərbaycan müxtəlif tərəflərin reaksiyasından ehtiyat edir və son dərəcə ağıllı, lakin tədrici addımlar atırlar. Bu tendensiya artıq geridönməzdir, çünki bu miqyasda hərbi texnikanın və canlı qüvvənin hərəkəti elə-belə olmur. Bunun üçün resurs xərclənib, bu o deməkdir ki, Azərbaycan və Türkiyə bu yoldan dönməyəcək"

O iddia edib ki, Türkiyənin Qərb müttəfiqləri Ərdoğanın səylərinin geosiyasi baxımdan konkret olaraq Cənubi Qafqaz regionuna və Qara dəniz hövzəsinə yönəlməsini təmin etmək üçün hər şeyi ediblər.

Gevorkyanın fikrincə, hazırda "əsas çəkindirici amil" İrandır, Bakı və Ankara Tehranın necə reaksiya verəcəyini anlamağa çalışır:

"Tehran da öz növbəsində hiperpraqmatikdir və Ermənistanın təhlükəsizliyini deyil, öz təhlükəsizliyini düşünəcək. İran indiyədək ultimatum formasında "Zəngəzur dəhlizi" deyilən məsələni gündəmdən çıxara bilib. Bu nə qədər davam edəcək? Bilmirəm. Axı İran da bütün perimetri boyu kifayət qədər problemlərlə üzləşir. Bu, uzun sərhədi olan böyük bir ölkədir. İran yanan ocaqlarla əhatə olunub".

Qeyd edək ki, Azərbaycan və Türkiyə birgə təlimləri artıq başa çatıb.


Etiketlər:  İrəvanda həyəcan Azərbaycan Ordusu hərəkətə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ