Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 08:30
Bu gün bizim üçün çox qürurverici bir gündür. Çünki Ağalıya qayıdırıq, 30 ildir işğal altında olan torpaqlarımızda məskunlaşmağa gedirik.
Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Ağalı kəndinə köçən Nəzrin Baxşalıyeva söyləyib.
Ağalıya Azərbaycan dili və ədəbiyyat müəllimi kimi getdiyini deyən Nəzrin Baxşalıyeva orada ölkəmizə layiqli, vətənpərvər gənclər yetişdirmək istədiyini vurğulayıb: "Ağlının tərəqqi yolunda inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik".