Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də kütləvı qırğın törədən şəxs ölü tapıldı

ABŞ-də kütləvı qırğın törədən şəxs ölü tapıldı

Tarix: 28 Oktyabr 2023 09:52

ABŞ-nin Men ştatının Lyuiston şəhərində 22 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən ehtiyatda olan hərbçi, 40 yaşlı Robert Kard iki günlük axtarışlardan sonra ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kardın cəsədi atışma baş verən yerdən təxminən 8 mil aralıda, Lisbon şəhəri yaxınlığındakı meşədə tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə qeyd edib ki, həmin yer Kardın bu yaxınlarda işdən çıxarıldığı tullantıların təmizlənməsi zavodunun yaxınlığındadır.

Yerli mətbuatda onun intihar etdiyi yazılır.

Kardın ölümü sonradan dövlət orqanları tərəfindən təsdiqlənib.

Men qubernatoru Canet Mills bu barədə ABŞ Prezidenti Co Baydenə və ştatın konqres nümayəndə heyətinə məlumat verdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 26-da Lyuiston şəhərində kütləvi atışma baş verdi. Son məlumatlara görə, hücum nəticəsində azı 22 nəfər həlak olub, 60 nəfər yaralanıb. Bu faciə 2023-cü ildə ABŞ-də qeydə alınan 565-ci belə hadisə olub.

Milli.Az


Etiketlər:  ABŞ kütləvı qırğın törədən şəxs ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ