Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aktyor 91 yaşında vəfat etdi

Tanınmış aktyor 91 yaşında vəfat etdi

Tarix: 28 Oktyabr 2023 21:57

Tanınmış gürcü aktyor Tengiz Arçvadze 91 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Kote Marcanaşvili adına Dövlət Akademik Dram Teatrı yayıb.

Bildirilib ki, Gürcüstanın xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin kariyerası boyunca 46 filmə çəkilib.

Tengiz Arçvadze "Azərbaycanfilm"in istehsalı olan "İyirmialtılar" (1966) filminin baş rollarından biri olan Caparidze personajını canlandırıb.

Milli.Az


Etiketlər:  Tanınmış aktyor 91 yaşında vəfat etdi


RƏYLƏR