Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehranda Qəzzaya dəstək aksiyası yarımçıq qaldı

Tehranda Qəzzaya dəstək aksiyası yarımçıq qaldı

Tarix: 29 Oktyabr 2023 09:30

Oktyabrın 27-si gecə saatlarında İsrail ordusunun Qəzzaya quru əməliyyatlarının başlaması ilə eyni vaxtda Tehranın Fələstin meydanında keçirilən dəstək aksiyası yarımçıq qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.

"Meydana toplaşaraq "Coşən səğir" duası oxuyan və İsrailə qarşı döyüşmək üçün Qəzzaya göndərilmələrini istəyən bir qrup insan aksiyanı yarımçıq qoyaraq, Fələstin meydanından qaçıb. Buna səbəb yaxınlıqdakı mağazalardan birində qaz balonunun partlaması olub. Aksiyaçılar meydana hücum edildiyini zənn edib aksiya yerindən qaçıblar", - paylaşımlarda qeyd edilib.

Hadisəni bilərəkdən törətmək şübhəsi ilə qaz balonunun partladığı mağaza sahibinin saxlanıldığı bildirilir.

Milli.Az


Etiketlər:  Tehranda Qəzzaya dəstək aksiyası yarımçıq qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ