Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əvvəl ifalara görə qonorar alırdıq, indi yoxdur”

“Əvvəl ifalara görə qonorar alırdıq, indi yoxdur”

Tarix: 29 Oktyabr 2023 16:50

"Belə forumların keçirilməsi çox böyük dayaq və dəstəkdir. Gələcək nəslin musiqiçilərinin yetişməsində böyük rolu olacaq. Televiziyalardakı bayağı mahnılar, bunun qarşısının alınması, çox çətin nüanslar var".

Milli.Az bildirir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən Xalq artisti İlqar Muradov deyib.

Sənətçi verilişlərdə iştirak etməməsinin səbəbini açıqlayıb:

"Səbəb odur ki, gözəl maarifləndirici verilişlər yerinə şouya, əyləncəyə üstünlük verilir. Musiqi ilə bağlı veriliş olmalıdır. Əvvəl dövlət televiziyasında ifalara görə qonorar alırdıq, indi yoxdur. Televiziyadan hamı pul qazanır, qonaqlara qonorar verilmir. Dünyanın heç bir yerində belə şey yoxdur. Bəlkə də mən də tənqid olunacağam, təkcə özümü yox, bütün sənət adamlarını nəzərdə tuturam. Yəqin mərhələ ilə düzələr, hələ heç bir kanala təklif etməmişəm. Tək bununla bitmir, özümü verilişlərdə görmürəm".

Milli.Az


Etiketlər:  Əvvəl ifalara görə qonorar alırdıq indi yoxdur


RƏYLƏR