Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt keçmiş arvadını ifşa etdi

Bred Pitt keçmiş arvadını ifşa etdi

Tarix: 30 Oktyabr 2023 02:55

Bred Pitt və Ancelina Coli arasında Miraval qalası davası illərdir gündəmdədir.

Milli.Az lent.az-a istinadən bildirir ki, Miraval işi ilə bağlı Bred Pitt rusiyalı iş adamı Şeflerin keçmiş həyat yoldaşı Ancelina Coliyə göndərdiyi elektron məktubu üzə çıxarıb və məhkəməyə təqdim edib.

Məktubda 56 yaşlı Şefler zamanla səmimi dostluq qurduğu Colini Şotlandiyadakı malikanəsində gecələməyə dəvət edib:

"Övladlarınızla mənim malikanəmə gəlin. Ümid edirəm ki, biz qarşılıqlı bizneslə məşğul olmaqdan məmnun olacağıq. Hər hansı köməyə ehtiyacınız olarsa, lütfən, paylaşdığım nömrə vasitəsilə mənimlə əlaqə saxlayın".

Qeyd edək ki, Coli daha əvvəl Pittin Miraval Castle şərab zavoduna nəzarəti ələ almağa çalışdığını, onun reputasiyasına xələl gətirdiyini və ona "susmaq pulu" verdiyini iddia edərək ərinə qarşı milyonlarla dollarlıq iddia qaldırmışdı.

Milli.Az


Etiketlər:  Bred Pitt keçmiş arvadını ifşa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ