Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 09:42
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının antiterror qrupunun əsgərləri Gümrü qarnizonu ərazisində təlim keçiriblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, təlim zamanı şərti düşmənin hücumu dəf edilib.
Təlim planına əsasən, şərti dəstədən ibarət qrup qarnizonun ərazisinə soxulmağa cəhd göstərib. Hərbi qulluqçular döyüş maşınından açılan atəşin dəstəyi ilə şərti düşmənin təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirib, nəqliyyat vasitələrində və ətraf ərazilərdə partlayıcı qurğuların olub-olmamasını da yoxlayıblar.
Döyüş vəziyyəti yaratmaq üçün müxtəlif simulyasiya vasitələrindən, o cümlədən boş döyüş sursatı, tüstü və səs-küylü qumbaraatanlardan istifadə edilib.
Qeyd edək ki, Ermənistanın qərbyönlü siyasəti və Rusiya hərbçilərinin Ermənistanda mövcudluğunun üstünlük gətirmədiyi barədə Baş nazir Nikol Paşinyanın açıqlaması fonunda 102-ci hərbi bazanın "hücuma qarşı təlimlər"i diqqət çəkib.