Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Volkan Demirelin "Kim Milyoner Olmak İster" yarışmasındakı CAVABI gündəm oldu - VİDEO

Volkan Demirelin

Tarix: 30 Oktyabr 2023 10:38

Türkiyə qadın voleybol milli komandasının üzvü Zehra Güneş "Kim Milyoner Olmak İster" proqramına qatılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, veriliş zamanı maraqlı anlar yaşanıb.

Belə ki, Zehra ona verilən suallardan birini cavablamaq üçün "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirele müraciət edib.

İdmançıya "2008-ci ildə UEFA Çempionlar Liqasının dörddəbir finalına çıxmaq üçün mübarizə aparan "Fənərbaxça" və "Sevilya" iki matçda qalib gələ bilmədikdə və penalti seriyasında qaldıqda nə baş verdi?" sualı ünavnlanıb.

Volkan Demirelin bu suala cavabı Zehra Güneşi və zalda əyləşən tamaşaşıları güldürüb.

Volkan "Fənərbaxça" nın qapıçısı, yəni mən 3 penaltini xilas etdim" deyərək suala cavab verib. Yarışmadan lentə alınan kadrlar sosial şəbəkələrdə yayılaraq əks-səda doğurub.

Zehra əldə etdiyi pulu "Hatayspor"a bağışlayacağını bildirib. 

Milli.Az


Etiketlər:  Volkan Demirelin Kim Milyoner Olmak İster yarışmasındakı CAVABI gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ