Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtın yarısı işıqsız qaldı

Paytaxtın yarısı işıqsız qaldı

Tarix: 30 Oktyabr 2023 13:22

Qazaxıstan paytaxtı Astana şəhərinin sağ sahilində bazar günü axşam saatlarında elektrik enerjisi kəsilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, şəhərin bu hissəsinin tarixi mərkəzi olan Respublika prospekti, eləcə də Rusiyanın Qazaxıstandakı səfirliyinin yerləşdiyi Barayev küçəsinin ərazisi işıqsız qalıb. Bununla belə, şəhərin sol sahil hissəsində elektrik enerjisinin verilişində heç bir fasilə olmayıb.

Qazaxıstanın Respublika Energetika Nazirliyindən bildirilib ki, İES-2-də (istilik elektrik stansiyası) qısaqapanma səbəbindən generasiya tam azalıb.


Etiketlər:  Paytaxtın yarısı işıqsız qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ