Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Araz çayı üzərində körpünün tikintisinə 14 milyon manat ayırdı

Prezident Araz çayı üzərində körpünün tikintisinə 14 milyon manat ayırdı

Tarix: 30 Oktyabr 2023 13:27

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Etiketlər:  Prezident Araz çayı üzərində körpünün tikintisinə milyon manat ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ