Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo və Burak Özçivit bir arada - FOTO

Ronaldo və Burak Özçivit bir arada - FOTO

Tarix: 30 Oktyabr 2023 18:05

Türkiyənin tanınmış aktyoru Burak Özçivit dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Səudiyyə Ərəbistanına gedən Özçivit bu ölkənin "Əl-Nasr" və Portuqaliya millisinin hücumçusu Ronaldonu görmədən qayıtmayıb. O, birlikdə çəkdirdiyi fotonu instaqram hesabında paylaşaraq "Böyük fanatıyam" şərhini də yazıb.

Sözügedən foto sosial şəbəkədə böyük marağa səbəb olub, minlərlə bəyənmə və şərh toplayıb.

Milli.Az


Etiketlər:  Ronaldo Burak Özçivit bir arada FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ