Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pensiya bu qədər artacaq

Pensiya bu qədər artacaq

Tarix: 31 Oktyabr 2023 07:16

Gələn ilin əvvəlində orta aylıq pensiya məbləği 435 manat olacaq.

Bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Əmək pensiyalarının orta aylıq məbləği isə gələn il üçün 483 manat nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov bildirib ki, pensiyaların indeksasiya olunaraq artırılması orta aylıq pensiya məbləğinə birbaşa təsir edir.

Onun sözlərinə görə, gələn il əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğlərində artım nəzərdə tutulub. Artımlar minimum pensiya alan şəxslərə də şamil olunacaq.

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata yüksələcək.

Millət vəkili deyib ki, bu, ünvanlı sosial yardım alan şəxslərin gəlirlərini də artıracaq.

V.Bayramov əlavə edib ki, təqaüd alan şəxslər gələn il də artımlardan faydalana biləcəklər. 


Etiketlər:  Pensiya qədər artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ