Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 11:44
"Bayer" Bundesliqanın 9-cu turunda "Frayburq"u məğlub edib - 2:1. Bu, Xabi Alonsonun yetirmələrinin bütün turnirlərdə səkkizinci qələbəsidir.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, buna qədər komanda Avropa Liqasında "Qarabağ" (5:1), "Molde" (2:1) və "Haken"ə (4:0), "Volfsburq"a (2:1), "Köln"ə (3:0), "Maynts"a (3:3) və Almaniya çempionatında "Haydenhaym"a (4:1) hesabı ilə qalib gəlib.
Vurulan və buraxılan qolların ümumi hesabı 25:5-dir.
Beləliklə, Xabi Alonso, 1979-cu ildə klub Bundesliqaya daxil olduqdan sonra bütün yarışlarda ardıcıl səkkiz matçda qalib gələn ilk "Bayer Leverkusen" məşqçisi olub.
İspan mütəxəssis "Bayer"in 2001/2002 mövsümündə ardıcıl yeddi matçda qalib gəldiyi Klaus Topmöllerin rekordunu geridə qoyub. O, həmçinin ötən mövsüm ardıcıl yeddi qələbə qazanaraq öz rekordunu təzələyib.