Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 17:26
İsrail ordusu Qəzza zolağının altında qazılan HƏMAS tunellərinə daxil olub. Məlumata görə, artıq təmizləmə başlanıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində İsrail Silahlı Qüvvələri HƏMAS terror təşkilatına məxsus 300-ə yaxın hədəfi, o cümlədən tank əleyhinə raket sistemlərini və şaxtalarda quraşdırılan raket buraxıcı qurğuları, eləcə də yeraltı tunellərin içərisindəki hərbi kompleksləri vurub.
Xatırladaq ki, ötən həftənin sonunda Britaniyanın "The Telegraph" qəzeti yazıb ki, İSQ tunellərdə "süngər bombalarından" istifadə etmək niyyətindədir. Bu bomba "partladılanda" iki kimyəvi komponent qarışdırılır, nəticədə köpüklənir və polimerləşir. Buraxılan köpük tez yayılır və tunelləri bağlamaq üçün sərtləşir və HƏMAS terrorçularının pusqu qurmasını çətinləşdirir. Əvvəllər İsrail bu bombalarla "Tzalim" bazasında təlimlər keçirib.