Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 18:34
"France Football" nəşrinin təqdim etdiyi "Qızıl Top" mükafatının Parisdəki təltifetmə mərasimindən sonra Leo Messinin söyüş söyməsi gündəm olub.
Sonxeber.net offsideplus.az-a istinadən bildirir ki, 8-ci "Qızıl Top"u qazanan Messi mükafatı alandan sonra ispan "Twitch" yayımçısı İbai Lanos ilə onlayn görüş keçirib.
İbai Messini mükafat münasibətilə təbrik etsə də, argentinalı ulduzla arasında gərginlik yaşanıb. Leo ispan yayımçıya "Təşəkkür edirəm, amma sənə hələ də qəzəbliyəm. Ötən gün etdiyin şey xoşuma gəlmədi", deyib.
İbainin "Qızıl Top"u qazandın, bu haqda nə düşünürsən?" sualına isə Messi qəhqəhə çəkərək, söyüşlə cavab verib: "İndi də mövzunu dəyişdirirsən, *** ".
Videonu təqdim edirik: