Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 12:40
Gələn ildən ehtiyac meyarının həddi artırılacaq. Belə ki, ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq.
Sonxeber.net azxebəer-ə istinadla bildirir ki, bu, Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində öz əksini tapıb.
Millət vəkili Vüqar Bayramov atv-yə bildirib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım alan ailələrin sayını artıracaq: "Hazırda 5 nəfər üzvü olan ailənin 800 manatlıq gəliri ilə aldığı sosial yardımın məbləği 430 manatdırsa, gələn il bu rəqəm 520 manata qədər yüksələcək".