Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzəblənməyin insana çox xeyri var imiş

Qəzəblənməyin insana çox xeyri var imiş

Tarix: 2 Noyabr 2023 06:09

Texas universitetinin alimləri ən zərərli emosiya olan qəzəbin faydasını tapıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, insan qəzəbindən böyük və çətin məqsədlərinə çatmaq üçün ilham pərisi kimi istifadə edə bilər.

Tədqiqat gedişində 1000 nəfər iştirak edib. Onlarda kədər, hirs, qəzəb və sevinc hislərinin təsiri öyrənilib.

Onlara çətin tapşırıq verilib və müxtəlif emosiya halında tapşırığın öhdəsindən gəlmə bacarıqları sınanıb.
Bütün tapşırıqlarda qəzəbin insanları öz məqsədinə çatmasına kömək etdiyi sübut olunub.
Alimlər hesab edir ki, qəzəb neqativ olmasına baxmayaraq, əslində çox faydalıdır. Adətən insanlar elə hesab edir ki, müsbət emosiya halı daha vacibdir, neqativi iqnor etmək və basdırmaq lazımdır.

Milli.Az


Etiketlər:  Qəzəblənməyin insana çox xeyri var imiş


RƏYLƏR