Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2023 07:18
Həzrət Mühəmməd Peyğəmbər (s) hər səfərə və hərbi yürüşə çıxmazdan əvvəl Mədinədə öz yerinə mütləq kimi isə canişin qoyurdu. (Buna görə vəfatından qabaq da o həzrətin öz yerinə canişin təyin etməsi təbii bir zərurət idi). Məkkə şəhərindən Mədinəyə hicrət edərkən peyğəmbərimiz İmam Əlini (ə) özü ilə aparmamış və Mədinədə müvəqqəti canişin qoymuşdur. Bunun səbəblərindən biri budur ki, İmam Əli (ə) peyğəmbərin evində qalmaqla sui-qəsd edənlərin diqqətini yayındırmış oldu və bu müddət ərzində Peyğəmbər Mədinədən xeyli uzaqlaşdı. İkincisi, Peyğəmbərimiz Mədinədə əmanətdar şəxs kimi tanındığı üçün onun yanında xeyli əmanət vardı. İmam Əli (ə) bu əmanətlərin hamısını öz sahiblərinə çatdırdı. Üçüncüsü, Peyğəmbərin qızı Fatiməni (ə) və digər bir neçə qadını Məkkədən çıxarmaq çox məsuliyyətli və qorxulu iş idi, bu işi müsəlmanların ən igidi olan Əli (ə) yerinə yetirdi. Peyğəmbərin bu işləri özü Məkkədə ikən etməməsinin səbəbi müşrikləri duyuq salmamaq və köçməyə hazırlaşdığını onlara bildirməmək idi.