Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üzərinə mişarla qaçan şəxs Van Dammın gəlininə QORXU yaşatdı - VİDEO

Üzərinə mişarla qaçan şəxs Van Dammın gəlininə QORXU yaşatdı - VİDEO

Tarix: 2 Noyabr 2023 18:25

Dünyaca məşhur Hollivud aktyor Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran pianoçu Suada Hacızadə qorxu dolu anlar yaşayıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Los-Ancelesdə gecə saatlarında keçirilən "Halloween" bayramına yollanan Suadanın üzərinə əlində elektrik mişar, üzündə isə qorxunc maska olan şəxs qaçıb. 

Bu an isə Suada qorxaraq, qışqırmağa başlayıb. 

Həmin anları isə pianoçu lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Suada paylaşımına "Hər şeydən qorxan iki nəfər. Çox qorxulu idi" sözlərini yazıb. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Milli.Az


Etiketlər:  Üzərinə mişarla qaçan şəxs Van Dammın gəlininə QORXU yaşatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ