Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 09:35
Küsülü olan Xalq artistiləri Faiq Ağayev və Tünzalə Ağayeva bir arada görüntüləniblər.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, sənətçilər tədbirlərin birində üz-üzə gəliblər.
Faiq və Tünzalənin fotosunu onlarla birlikdə şəkildə yer alan Xalq artisti Nəzakət Teymurova sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Tədbirdə üz-üzə gələn müğənnilər kəlimə belə kəsməyiblər.
Qeyd edək ki, Tünzalə və Faiq illərdir küsülüdür. Bir müddət əvvəl F.Ağayev həmkarı haqda müsbət fikirlər səsləndirib:
"Mənim gözümün qabağında səhnəyə gəlib. O gündən indiyə oxuma tərzi, səsi yadımda qalıb. Tünzalə gələndə mən "Bakı payızın"da münsif idim. Yaxşı, maraqlı, özünəməxsus müğənni idi. Səhnəyə hər keyfiyətli musiqi ifa edən müğənni gələndə sevinirsən".