Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən Makrona “taxtabiti” mesajı: Həşaratlar Parisi ''işğal'' edib

Putindən Makrona “taxtabiti” mesajı: Həşaratlar Parisi ''işğal'' edib

Tarix: 3 Noyabr 2023 17:38

Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarını ələ salıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Putin Rusiyaya qarşı yeni sanksiya tətbiqindən danışarkən, "taxtabiti işğalı"nı xüsusilə vurğulayıb.

"Ortaqlarımızın fantaziyası Rusiyaya iynə, sap və bu kimi ləvazimatların idxalına qadağa qoymaq səviyyəsinə qədər düşüb. Amma nə qədər az zir-zibil olarsa, o qədər yaxşıdır. Bu, Avropanın böyük şəhərlərindən bura taxtabitilərin idxalı riskini də azaldır", - Putin deyib.

Qeyd edək ki, Fransada xəstəxana, məktəb, ictimai nəqliyyat və digər ictimai yerlərdə taxtabiti problemi yaranıb. Hətta müxalifət taxtabitilərlə mübarizə apara bilməyən Makron hakimiyyətinə "milli mübarizə planı" qəbul etməyə çağırıb. Putinin "taxtabiti işğalı" mesajı da bununla bağlıdır.

Milli.Az


Etiketlər:  Putindən Makrona taxtabiti mesajı Həşaratlar Parisi işğal edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ