Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriyada təyyarə qəzası - Ölənlər var

Avstriyada təyyarə qəzası - Ölənlər var

Tarix: 3 Noyabr 2023 22:18

Zaqrebdən Zaltsburqa uçan yüngülmühərrikli təyyarənin qəzaya uğradığı yerdə 4 nəfərin cəsədi tapılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Avstriyanın Zaltsburq federal əyalətinin polisinin mətbuat xidmətinin bəyanatında deyilir.

"Noyabrın 2-də təxminən saat 15:45-də (Bakı vaxtı ilə 18:45) "Cirrus SR-20" tipli idman təyyarəsi Lintşinq bölgəsində qəzaya uğrayıb. İdman təyyarəsi Zaqrebdə uçuşa başlayıb, təyinat hava limanının isə Zaltsburq olduğu bildirilib", - deyə polis əməkdaşı qeyd edib.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.

Milli.Az


Etiketlər:  Avstriyada təyyarə qəzası Ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ