Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fərqli görünüşünə görə anası atdı, insanlar ələ saldı - İndi bütün dünyaya ilham verir - FOTOlar

Fərqli görünüşünə görə anası atdı, insanlar ələ saldı - İndi bütün dünyaya ilham verir - FOTOlar

Tarix: 4 Noyabr 2023 00:52

Sizə anası tərəfindən atılan və tamamilə fərqli ailədə sevgi ilə böyüyən Miu adlı uşaqdan danışacağıq. Daha doğrusu, onun uğur hekayəsindən.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Muinin anası qızı dünyaya gələn kimi digər körpələrə bənzəmədiyi üçün onu amansızcasına küçəyə atıb. Eyni zamanda, həkimlər Muinin nadir xəstəliyinə görə çox yaşayacağını düşünmürdülər.

Honq-Konqda tanış olduqdan 5 ay sonra evlənən cütlük uşaq istəsələr də buna tələsmirdilər. Təsadüfən onlar Mui ilə tanış olublar. Tina və Roq, ilk gördükləri andan həyatlarına daxil olan bu balaca körpəni çox sevirdilər. Həm onların, həm də Muinin həyatı o anda dəyişdi.

"Biz onun indiyə qədər sahib ola biləcəyi ən yaxşı ailəyə sahib olmasını ürəkdən istəyirdik."

Mui 3 yaşında olarkən onu övladlığa götürdülər. Lakin Muini övladlığa götürdükləri gündən həkimlər onlara uşağın hər an ölə biləcəyini tez-tez xatırladırdılar.

2002-ci ildə Muiyə Harlequin tipli iktiyoz diaqnozu qoyuldu.

Nadir bir dəri xəstəliyi. Bu xəstəliyə tutulan insanların dərisi normal insanlara nisbətən 14 dəfə daha həssas olur. Daim qaşınma, qırmızı və infeksiyaya meylli bir bədənə sahibdirlər. Xəstəlik son dərəcə ölümcüldür.

Təəssüf ki, bu xəstəliyə düçar olub, yaşayanlar çox azdır.

Lakin Mui ailəsinin ona verdiyi dəstək sayəsində sağ qalmağı bacaran nadir insanlardan biri olub.

Mui xoşbəxt uşaqlıq keçirdib, təbəssümü bir an belə üzündən əksik olmayıb. Amma təbii ki, bu o demək deyil ki, o, pis şeylər yaşamayıb...

Mui orta məktəbə başlayanda onun kabusları da başlayıb. O, gülüş obyektinə çevrilib və dostları tərəfindən pis adlarla çağrılıb. Dərsdən sonra da əl çəkməyib, onu internetdə ələ salmağa davam ediblər.

Təəssüf ki, "Arlekin tipli iktiyoz"un müalicəsi yoxdur. Ediləcək yeganə şey müxtəlif müalicə üsulları ilə xəstəliyin əlamətlərini yüngülləşdirməkdir. Kremlərindən hər gün müntəzəm istifadə edilməsi lazımdır. Bir müddət sonra dostlarının istehzasına daha dözməyən Mui ailəsinin sürtdüyü kremləri də dayandırıb. Hətta eyvandan özünü atılaraq intihar etmək fikrinə düşüb.

O qədər bezmişdi ki, daha ələ salınmağa dözə bilmirdi. Daha sonra qocalar evində işləməyə başlayıb. O, həftə sonlarını da reqbi hakimi məşqi ilə keçirdi.

"Həkimlər deyirdilər ki, qızımız hər an ölə bilər. Qızımızın indi 22 yaşı var və dünyada "Arlekin tipli iktiyoz" xəstəliyinə tutulmuş ilk və yeganə hakimdir".

Mui, bu xəstəliyin dünyaya tanıdılmasında qabaqcıl olub.

Mui xəstəliyi haqqında məlumatlandırmaq üçün dünyanın müxtəlif ölkələrinə səyahət edib. O, öz hekayəsini hamıya danışır.

Milli.Az


Etiketlər:  Fərqli görünüşünə görə anası atdı insanlar ələ saldı İndi bütün dünyaya ilham verir FOTOlar


RƏYLƏR