Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onlar da İsraillə müharibəyə hazırdır - İranlı nazir

Onlar da İsraillə müharibəyə hazırdır - İranlı nazir

Tarix: 4 Noyabr 2023 08:04

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Suriya XİN rəhbəri Feysal Mikdad arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, nazirlər söhbət zamanı İsrailin Qəzzada dinc əhaliyə qarşı hücumlarını kəskin tənqid ediblər.

"Mülki əhalinin qətli, habelə Qəzza zolağında mühüm infrastrukturun genişmiqyaslı məhv edilməsinin nəticələrinə görə məsuliyyət sionist (İsrail) rejim və ABŞ-ın üzərinə düşür", - iranlı nazir bildirib.

O, Fələstin müqavimət hərəkatı və bölgədəki digər müqavimət qruplarının düşmənlə qarşıdurmaya hazır olduqlarını açıqlayıb.

Mikdad isə öz növbəsində Suriyanın Fələstinə güclü dəstəyinin olduğunu xatırladıb.

Nazir İsraillə qarşıdurmada İslam dünyasının birliyinə ehtiyac olduğunu və region ölkələrinin ABŞ və İsrailə qarşı ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Onlar da İsraillə müharibəyə hazırdır İranlı nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ