Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 09:35
Müğənni Fədayə Laçın bacısı İlahə Fəda ilə bir ara küsülü olduğunu etiraf edib.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bununla bağlı sənətçi qonaq olduğu "Evdəkilərə salam" verilişində danışıb.
Verilişin aparıcısı Aytəkin Mərdanovanın "İlahə Fəda Avropada olduğu üçün proqrama qatılmayıb. Münasibətiniz var?" sualına Fədayə belə cavab verib:
"Bacım deyil? Niyə münasibətimiz olmasın ki... Amma deyim ki, onun xətrinə dəymişdim, danışmırdıq. Sonra üzrxahlıq etdim, könlünü aldım. Dedim ki, bacı, sən nə deyirsən o, olsun".