Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə əlverişsiz hava səbəbindən iki nəfər öldü

Bu ölkədə əlverişsiz hava səbəbindən iki nəfər öldü

Tarix: 4 Noyabr 2023 22:26

Bolqarıstanın şimal-şərqində əlverişsiz hava şəraiti höküm sürür.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Təbiət hadisəsi iki nəfərin ölümünə səbəb olub.

Şumen və İsperih şəhərlərində güclü külək 150-dən çox binanın damını uçurub.

Bəzi ərazilərdə leysan yağış daşqına səbəb olub.

Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.

Bolqarıstanın bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə əlverişsiz hava səbəbindən iki nəfər öldü


RƏYLƏR