Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 23:10
Alimlər onilliklərdir ki, qlobal istiləşmə səbəbindən Yer kürəsini vuracaq iqlim böhranı barədə xəbərdarlıq edirlər. Elm adamları planetimizin həqiqətən qlobal istiləşmə dövründən qlobal qaynama dövrünə keçdiyini bildirdilər. Nəticədə, 2023-cü il tarixin ən isti ili ola bilər, lakin bu da hələ son deyil.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, elm adamları artıq El Nino-nun Sakit Okeanda özünü büruzə verdiyini, alimlərin güman etdiyi kimi, bu ilin sonu və ya gələn ilin əvvəlində pik həddinə çatacağını bəyan etmişdilər. Aclığa Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinin (FEWS NET) alimləri proqnozlaşdırırlar ki, bəzi bölgələrdə çox, digərlərində isə az yağan yağış məhsuldarlığa təsir göstərəcək. Alimlərin hesablamalarına görə, dünyada təxminən 110 milyon insan ərzaq yardımından məhrum olacaq.
Qeyd edək ki, El Nino Sakit okeanın mərkəzi və şərq tropiklərində səthin daha yüksək temperaturu ilə xarakterizə olunan təbii iqlim hadisəsidir.
Yeni araşdırmada elm adamları El Nino-nun əsas kommersiya bitkilərinə, o cümlədən qarğıdalı, düyü, soya və sorqoya ciddi təsir edəcəyini deyirlər. Xəritəni yaratmaq üçün alimlər 1961-ci ildən 2020-ci ilə qədər olan tarixi məhsuldarlığın və iqlim məlumatlarının təhlilindən istifadə ediblər.
FEWS NET elm qrupunun alim köməkçisi Weston Andersonun sözlərinə görə, El Nino dünyanın əkin sahələrinin ən azı dörddə birində məhsuldarlığa mənfi təsir göstərəcək.