Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizə sağlam futbolçular lazımdır'' - Sənan Qurbanov

''Bizə sağlam futbolçular lazımdır'' - Sənan Qurbanov

Tarix: 5 May 2019 21:04

"Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı".

Qol.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri komandanın baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis əvvəlci məğlubiyyəti şərh edib:

"Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı. Futbol belədir. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdır. Məğlubiyyət həmişə pisdir. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək".

S. Qurbanov son turda və ölkə kubokunun finalında "Sumqayıt"la keçirəcəkləri oyunlara da toxunub: "Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdır. Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdır. Çalışacağıq ki, “Sumqayıt”la həm son turun, həm də kubokun oyununa eyni heyətlə çıxaq”.
 


Etiketlər:  Bizə sağlam futbolçular lazımdır Sənan Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ