Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Acun İlıcalı Yunanıstan klubunu alır

Acun İlıcalı Yunanıstan klubunu alır

Tarix: 5 Noyabr 2023 20:12

Məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalı Yunanıstanın "Atromitos" klubunun səhmlərini satın almağa hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı xəbər verir.

"Artıq tanınmış iş adamının apardığı danışıqlar yekun mərhələyə çatıb" - mənbə yazır.

Məlumat üçün qeyd edək ki, "Atromitos" Yunanıstan çempionatında doqquz turdan sonra altı xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Acun İlıcalı həmçinin İngiltərənin "Hall Siti" və İrlandiyanın "Şelburn" klublarının sahibidir.

Milli.Az


Etiketlər:  Acun İlıcalı Yunanıstan klubunu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ