Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 21:36
"Moskva İrəvan və Bakı ilə aralarındakı münasibətlərin tənzimlənməsi üçün əlaqə saxlayır. Hazırda sülh müqaviləsinə hazırlıq gedir".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərildiyini vurğulayıb.
Sülh müqaviləsinin mümkün imzalanmasına toxunan Patruşev bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib.
"Bütün ilkin şərtlər var", - agentlik Patruşevdən sitat gətirib.