Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 22:16
İsrail Müdafiə Qüvvələri (IDF) dünya tarixində ilk dəfə Yəməndən atılan ballistik raketi kosmosda vurub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" qəzeti məlumat yayıb.
"İsrail bu həftə ballistik raketi Yer atmosferindən kənarda vurmaq üçün "Arrow-2" raketdən müdafiə sistemindən istifadə edib. Bunun, kosmosda ilk döyüş olduğu güman edilir", - nəşr yazır.
Raket Yəməndən buraxılıb və İsrailin Eylat şəhərinə yönəlib.
Qeyd olunur ki, İsrail onu vurmaq üçün ölkənin ABŞ-la birgə hazırladığı "Arrow-2" zenit müdafiə sistemindən istifadə edib.
Raket kifayət qədər yüksək sürətlə buraxılıb və Yer atmosferindən kənara çıxıb, uçuş məsafəsi yüksək hündürlükdə izlənilib. Bu səbəbdən İsrail onu faktiki olaraq kosmosda vura bilib.