Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədən ACI XƏBƏR: 2 nəfər öldü, itkin düşənlər var - FOTO

Türkiyədən ACI XƏBƏR: 2 nəfər öldü, itkin düşənlər var - FOTO

Tarix: 5 Noyabr 2023 22:32

Türkiyənin Aydın vilayətində güclü yağış daşqınlara səbəb olub.

AZƏRTAC "TRT Haber"ə istinadla xəbər verir ki, dünən gecədən başlayan leysan yağışları vilayətin Söke, Koçarlı, Karpuzlu və Çine rayonlarında daşqınlarla nəticələnib.

Söke rayonunda daşqınlar səbəbindən 2 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Bölgədəki kənd təsərrüfatı sahələri və yollar su altında qalıb. Bəzi evləri və iş yerlərini də su basıb. Bölgələrdə qrupların müdaxilə və təmizlik işləri davam edir.

Dəymiş ziyanın aradan qaldırılması üçün İzmirdən bölgəyə xeyli sayada texnika cəlb olunub.

Milli.Az


Etiketlər:  Türkiyədən ACI XƏBƏR 2 nəfər öldü itkin düşənlər var FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ