Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 22:36
"Yaxın Şərqdəki hərbi münaqişələr dünya müharibəsinə çevrilə bilər".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"İnsanlar deyəcəklər ki, çoxlu regional münaqişələr var, lakin bu, dünya müharibəsi deyil. Amma biz artıq buna yaxınlaşırıq", - deyə siyasətçi etiraf edib.
Onun sözlərinə görə, bu, əvvəllər də olub və bəziləri Birinci və İkinci Dünya müharibələri ilə paralellər aparır: "Başqa bir regional münaqişə başlayarsa, onun tərəfləri yenə eyni olacaq".