Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 09:15
Türkiyə mediası noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı növbəti xəəbəri dərc edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, vəkil məşhur cütlüklə bağlı sualları cavablandırıb. Vəkil bildirib ki, əgər onların günahı təsdiqlənsə cütlüyü 30 ilə qədər həbs cəzası gözləyir.
"İddia edilən cinayətlər çox ciddidir. Maddəyə görə çirkli pulların yuyulmasının cəzası 3-7 il arasıdır. Amma burada təşkilat qurulması var. Bunun cəzası 6-14 il arasıdır. Başqa günahları da var. Əgər hamısı dəqiqləşsə, 30 il azadlıqdan məhrum edilə bilərlər" deyə, vəkil əlavə edib.
Qeyd edək ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.
Xatırladaq ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.