Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan daha bir ölkədən silah almaq istəyir

Ermənistan daha bir ölkədən silah almaq istəyir

Tarix: 6 Noyabr 2023 15:46

Çində bir müddət əvvəl 10-cu Pekin Syanşan Forumu keçirildi. Tədbirdə müxtəlif ölkələrin müdafiə nazirləri iştirak edirdi. İştirakçılar arasında Azərbaycanın müdafiə naziri Zakir Həsənov da var idi. Tədbirdə Ermənistan da təmsil olunurdu.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilib.

"Azərbaycan Çindən hərbi texnika almır. Çünki Çinin hərbi texnikası keçmiş SSRİ-nin hərbi texnikasının oxşarıdır. Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir. Digər tərəfdən, Çin hərbi-sənaye kompleksinin məhsullarını əsasən öz ordusunun təminatı üçün istifadə edir. Buna baxmayaraq, Ermənistan Hindistanla yanaşı Çinlə də hərbi-texniki sahədə əməkdaşlığa çalışır. Çinin Ermənistandakı hərbi attaşesi İrəvanda verdiyi açıqlamalarda iki ölkə arasında hərbi əməkdaşlığın mümkün olduğunu bildirib. Çin Ermənistana silah və hərbi texnika satarsa, bu, Pekinin Azərbaycanla münasibətlərinə mənfi təsir edə bilər", - analizdə bildirilib.

Qeyd edək ki, Ermənistan son aylar Hindistandan hərbi texnika idxal edib, Fransa ilə isə GM-200 və "Mistral" alınması üçün saziş imzalayıb.


Etiketlər:  Ermənistan daha ölkədən silah almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ