Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda çılpaq görüntüsü yayılan qız intihara cəhd etdi

Azərbaycanda çılpaq görüntüsü yayılan qız intihara cəhd etdi

Tarix: 6 Noyabr 2023 17:52

Kürdəmir rayonunda gənc qızın çılpaq görüntülərini yayan şəxs barəsində cinayət işi açılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, rayonun Sovla kənd sakini olan 2002-ci il təvəllüdlü Əziz Nadirov Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Araşdırmalarla müəyyən edilib ki, Əziz həmkəndlisi olan 2004-cü il təvəllüdlü qızla tanış olub və onu sevdiyini deyib. Bundan sonra onların arasında səmimi münasibət yaranıb. Ə.Nadirov qızla görüntülü danışarkən onun soyunmasını xahiş edib və xüsusi proqramla qızın xəbəri olmadan onunla videozəng formasında danışarkən görüntülərini telefona köçürüb.

Bundan sonra gənc oğlan videonu dostuna yollayıb və görüntülər yayılıb. Video qızın bacısının ərinə göndəriləndən sonra ailədə bu barədə öyrəniblər. Çıxılmaz vəziyyətdə qalan qız evdən çıxaraq Kür çayına qaçıb və özünü çaya atmaq istəyib. Lakin yaxınları buna imkan verməyib. Psixoloji sarsıntı keçirən qız daha sonra başını divara vurub və özünə digər xəsarətlər yetirib. O, xəstəxanaya yerləşdirilib.

Kürdəmir Rayon Prokurorluğuna şikayət ediləndən sonra Əziz barəsində cinayət işi açılıb.

İşin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmədə gənc qız onun çılpaq videosunu yayan şəxsə ağır cəza verilməsini xahiş edib.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Əziz 450 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib və o həbs edilməyib.

Milli.Az


Etiketlər:  Azərbaycanda çılpaq görüntüsü yayılan qız intihara cəhd etdi


RƏYLƏR