Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 19:10
Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, təhlükəsizlik qüvvələri Pərəstu Fəridini atasının evində həbs edib, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.
Qeyd edək ki, tələbə qızın həbs edilməsinin səbəbi barədə heç bir açıqlama verilməyib.