Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan gündəmə damğasını vurdu - ABŞ-ın baş diplomatını saymadı

Ərdoğan gündəmə damğasını vurdu - ABŞ-ın baş diplomatını saymadı

Tarix: 6 Noyabr 2023 22:50

İsrail-HƏMAS savaşı davam edərkən, ABŞ dövlət katibi Entoni Blinkenin diplomatik trafiki dünya mətbuatının gündəmindədir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Fransanın AFP xəbər agentliyi bundan əvvəl İraq, Fələstin və İsrailda olan Blinkenin Türkiyə səfəri ilə bağlı təhlil dərc edib.

"Blinken Türkiyənin qəzəbini soyutmağa çalışır" adlı təhlildə ABŞ dövlət katibinin Ankaradakı təmaslarının çətin olduğunu bildirib.

Ankaranı Vaşinqtonun ən strateji, amma çətin müttəfiqlərindən biri kimi xarakterizə edən AFP yazır ki, Blinken Qəzzada axan qanla bağlı Türkiyənin qəzəbini sakitləşdirməyi hədəfləyir.

Dövlət katibinin oktyabrın 7-dən bəri ilk dəfə Ankaraya səfər etdiyini vurğulayan fransız agentliyi Türkiyədə həm İsrailə, həm də Qərbə qarşı qəzəbin küçələrə sıçradığını vurğulayıb.

AFP ötən həftə sonu Adanada İncirlik bazası qarşısında keçirilən etiraz aksiyasını xatırladaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın Blinkenin səfəri gününə olan proqramına diqqət çəkib. Agentlik qeyd edir ki, Blinkenlə görüşü nəzərdə tutulmayan Ərdoğan ABŞ-ın baş diplomatını ciddiyə almayaraq, həmin gün ölkənin ucqar şimal-şərqinə gedib.


Etiketlər:  Ərdoğan gündəmə damğasını vurdu ABŞ baş diplomatını saymadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ