Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yataqxana tikmişik, amma..." - Xalq artisti

Tarix: 7 Noyabr 2023 08:57

"Biz yataqxana tikmişik, amma təəssüflər olsun ki, bu gün tələbələrimiz o yataqxanadan istifadə edə bilmir".

Milli.Az xəbər verir ki, bunu "AzərTac"a müsahibəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib.

"Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara məktublar yazsaq da, hələ ki, müsbət cavab almamışıq. Çox istərdim ki, bu məsələ tezliklə öz həllini tapsın", - deyə rektor bildirib.

S.Kərimi musiqi dərsliklərinin səviyyəsindən də söhbət açıb:

"Not materialları əlbəttə ki, var. Bundan daha da yaxşı ola bilər. Keçmiş sovetlər vaxtında Moskvada keyfiyyətli notlar çap olunurdu. Eyni zamanda, Azərbaycanda da çap edilirdi. Düzdür indi də çap olunur, amma bir balaca keyfiyyəti aşağıdır. Müəllimlər işlərini öz vəsaitləri hesabına çap etdirirlər. Amma bu dövlət səviyyəsində olsa daha yaxşı olar. Açığını deyim ki, konservatoriya bu işdə onlara maliyyə cəhətdən kömək edə bilmir. Milli Konservatoriyaya həmişə dəstək lazımdır. Konservatoriyanın böyük ehtiyacları var. Bizə alətlər lazımdır, onları almalıyıq. Həllini gözləyən belə məsələlər çoxdur".

Milli.Az


Etiketlər:  Yataqxana tikmişik amma Xalq artisti


RƏYLƏR