Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qızımın Allahın həqiqəti haqqında anlayışı yoxdur" - İllərdir küsülüdürlər

Tarix: 7 Noyabr 2023 19:50

Amerikalı aktyor Con Voyt qızı, aktrisa Ancelina Colinin İsrail əleyhinə paylaşımlarına görə tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə 84 yaşlı aktyor sosial media hesabında video yayımlayıb.

"Çox məyus oldum ki, bir çoxları kimi qızımın da Allahın həqiqəti haqqında anlayışı yoxdur. Burada söhbət Allahın müqəddəs torpaqlarının, yəhudilərin tarixinin məhv edilməsindən gedir. İsrail ordusu öz torpağını, insanlarını müdafiə etməlidir. Bu, müharibədir. Bu heyvanlar yəhudiləri və xristianları məhv etmək istəyirlər".

Qeyd edək ki, Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittdən boşandıqdan sonra atası ilə bütün əlaqəni kəsib.

Milli.Az


Etiketlər:  Qızımın Allahın həqiqəti haqqında anlayışı yoxdur İllərdir küsülüdürlər


RƏYLƏR