Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polad Həşimovun anası İlham Əliyevə təşəkkür etdi - VİDEO

Polad Həşimovun anası İlham Əliyevə təşəkkür etdi - VİDEO

Tarix: 7 Noyabr 2023 23:24

"Bizim Prezidentimiz Ali Baş Komandan Xankəndinə  bayraq sancdı. Və Xankəndində neçə ildir bizə "Gələrik, Bakını alarıq" deyənlərin qollarını bağlayıb Azərbaycana gətirdi. Mən ona görə Prezident İlham Əliyevə təşəkkür edirəm."

Milli.Az bildirir ki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində keçirilən Zəfər Günü tədbirində deyib.

Öncə səhnəyə çıxan Birinci Qarabağ Müharibəsi şəhidi Cavanşir Rəhimovun anası Leyla Rəhimova övladının və 31 il əvvəlki şəhidlərin qisasını  alan Vətən Müharibəsi şəhidlərinin analarına təşəkkür edərək, onların əllərindən öpdüyünü bildirdi. Daha sonra təşəkkürünü şəxsən general Polad Həşimovun anası Səmayə xanıma bildirmək üçün onunla bərabər səhnəyə çıxdı və bu mənzərə kövrək anların yaşanmasına səbəb oldu.  Hər iki müharibənin şəhid anaları qucaqlaşaraq, bir-birinə təsəlli və təşəkkürlərini ifadə etdilər. Şəhid anası Leyla Rəhimova Prezidentmizlə bağlı xoş sözlər söyləyərkən tədbirə dəvət olunmuş 700-ə yaxın şəhid anası  tərəfindən də ayaqda alqışlandı. Daha sonra Səmayə Həşimova öz növbəsində şəhid anaları adından Cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirdiyi bu fikirləri ilə yadda qaldı.

Milli.Az


Etiketlər:  Polad Həşimovun anası İlham Əliyevə təşəkkür etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ