Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 ulduz ''Qalatasaray''dan gedir! - ADLAR

5 ulduz ''Qalatasaray''dan gedir! - ADLAR

Tarix: 8 Noyabr 2023 09:14

 "Qalatasaray" klubunda 5 futbolçunun komandadan ayrılması gözlənilir. 

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki,  "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, son iki mövsümdə möhtəşəm performans göstərən Saşa Boey, Lukas Torreyra, Kerem Aktürkoğlu, Viktor Nelsson və Abdulkerim Bardakçı Avropa klublarının hədəfindədir. Adıçəkilən oyunçular bu gecə "Bayern"ə qarşı oyunda bir çox klubların skautları və nümayəndələri tərəfindən izləniləcək.

"Cim-Bom"un yeni müqavilə təklifini rədd edən Saşa "Arsenal" və "Mançester Yunayted" klublarının maraq dairəsindədir. Uruqvaylı Torreyraya İtaliya A Seriyasında "Latsio" və "Fiorentina" kimi klublardan təklif var. Kerem Aktürkoğlu, Nelsson və Abdulkerimlə isə İngiltərə və İtaliya klubları yaxından maraqlanır.

Qeyd edək ki, "Bayern" (Münhen) - "Qalatasaray" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.


Etiketlər:  ulduz Qalatasaraydan gedir ADLAR


RƏYLƏR